Partlayış səsləri gəlsə, qorxmayın! Nazirlik xəbərdarlıq etdi


Digərləri 27 Eki 2025 10:36:00 71 0

Partlayış səsləri gəlsə, qorxmayın!  Nazirlik xəbərdarlıq etdi

Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarının məhv ediləcəyini açıqlayıb.

Son.az xəbər verir ki, 27-31 oktyabr tarixlərində istismar müddəti bitmiş və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına uyğun olaraq Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonundakı təlim mərkəzində məhv ediləcək.

Müdafiə Nazirliyi partlayış səslərinin əhali arasında təşviş yaratmaması üçün xəbərdarlıq edib və narahatlığa heç bir əsas olmadığını bildirib.