Tez sağalmaq üçün bu supu için


Digərləri 27 Eki 2025 09:40:00 79 0

Tez sağalmaq üçün bu supu için

Soyuqdəymə zamanı tez sağalmaq üçün toyuq supu için.

Son.az xəbər verir ki, bunu rusiyanın tanınmış terapevti Anna Hakimova deyib. O, bildirib ki, bu qida tərkibindəki faydalı maddələr sayəsində orqanizmin bərpasına kömək edir və iltihabı azaldır.

Həkimin sözlərinə görə, toyuq bulyonu tərkibindəki karnozin sayəsində iltihabı zəiflədir, həmçinin bədəndəki maye balansını qoruyur. O, asan həzm olunan zülal, B qrupu vitaminləri, dəmir və digər minerallarla zəngindir. Bu maddələr immun sisteminin güclənməsinə və soyuqdəyməyə qarşı müqavimətin artmasına kömək edir.

Bundan başqa, bulyon tərkibindəki amin turşusu sistein sayəsində bəlğəmi durulaşdırır, bu da öskürəyi yüngülləşdirir və tənəffüsü asanlaşdırır. Həkim əlavə edib ki, isti buxar burun tutulmasını azalda, bulyonun özü isə boğaz ağrısını yüngülləşdirə bilər.