1000 manat alanın maaşından bu qədər vergi tutulacaq


Digərləri 27 Eki 2025 09:52:00 93 0

1000 manat alanın maaşından bu qədər vergi tutulacaq

Son günlər Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklər, xüsusilə də özəl sektorda 2500 manata qədər maaşlara 3 faiz vergi tətbiqi geniş müzakirə olunur.

Son.az xəbər verir ki, iqtisadçı-ekspert Eyyub Kərimli məsələyə münasibət bildirib.

Ekspert bəzi KİV-lərdə 1000 manat maaş alan şəxslərdən 30 manat vergi tutulacağı ilə bağlı yayılan məlumatların doğru olmadığını deyib. Onun sözlərinə görə, dəyişiklik Vergilər Məcəlləsinin 102.1.6 maddəsinin yenidən tətbiqini nəzərdə tutur.