Bağırsaq xərçənginə qarşı 4 güclü meyvə – Hər günn birini yeyin!


Digərləri 24 Eki 2025 04:04:00 88 0

Bağırsaq xərçənginə qarşı 4 güclü meyvə – Hər günn birini yeyin!

Bağırsaq xərçənginə qarşı 4 güclü meyvə - Həkim gündə birinin kifayət etdiyini deyir

Sağlam bağırsaq ümumi sağlamlığın təməli hesab olunur. Mütəxəssislər bildirirlər ki, gündəlik yeyilən qidalar orqanizmdəki faydalı bakteriyalara - bağırsaq mikrobiomuna birbaşa təsir göstərir və bu da iltihab, eləcə də kolon xərçəngi kimi xəstəliklərə qarşı qoruma yaradır.

ScienceDirect-də dərc olunan araşdırmaya görə, 2040-cı ilə qədər dünyada 3,2 milyon yeni kolorektal (bağırsaq) xərçəngi hadisəsi gözlənilir. Harvard məzunu amerikalı gastroenteroloq Dr. Saurabh Sethi, bəzi meyvələrin bağırsaq sağlamlığını qorumaqda xüsusilə güclü olduğunu vurğulayıb. Bu meyvələr həm vitamin və liflə zəngindir, həm də iltihabı azaldan və hüceyrələri xərçəngə qarşı qoruyan maddələr ehtiva edir.

1. Sitrus meyvələri (portağal, limon, qreyfurt)

Bu meyvələr təkcə sərinləşdirici deyil, həm də orqanizmi təmizləyici təsirə malikdir. Flavonoidlər və C vitamini sayəsində bağırsaqdakı zərərli sərbəst radikalları neytrallaşdırır, oksidativ stresi azaldır və hüceyrə zədələnməsinin qarşısını alır. Aparılan tədqiqatlara əsasən, hesperidin və naringenin kimi maddələr kolon xərçəngi hüceyrələrinin çoxalmasını ləngidə bilər. Həmçinin, turunç meyvələrindəki həll olunan liflər faydalı bağırsaq bakteriyalarını bəsləyir.

2. Kivi

Dr. Sethi-yə görə, kiçik ölçüsünə baxmayaraq, kivi bağırsaqlar üçün çox dəyərlidir. Tərkibindəki aktinidin adlı təbii ferment zülalların parçalanmasına və daha rahat həzmə kömək edir. Tədqiqatlar göstərir ki, kivi bağırsaq hərəkətliliyini artırır, qəbizliyi azaldır və kolon divarını qoruyan antioksidantlarla zəngindir.