"Tramp bu gün Putini buna məcbur etməlidir"
Dünya 18 Mar 2025 11:02:00 276 0
ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya lideri Vladimir Putinlə danışıqlar zamanı onu bəzi "absurd tələblərdən" çəkindirməlidir. Xüsusilə, bütün Ukraynanın ələ keçirilməsi və demilitarizasiyası, yaxud ölkənin növbəti ərazilərinin işğal edilməsi planlarından Putinin imtina etməsinə nail olmalıdır.
Bu haberi de oku: Günəşdə güclü partlayış oldu
Son.az xəbər verir ki, bu sözləri AB XİN başçılarının iclasından sonra mediaya açıqlamasında Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Trampın daha əvvəl müharibəni 24 saat ərzində bitirəcəyinə dair verdiyi vədə toxunan Sikorski qeyd edib:
"Biz bunun o qədər də asan olmayacağını bilirdik".
Qeyd edək ki, Tramp və Putin arasında bu gün telefon danışığının baş tutacağı gözlənilir.(Axar.az)
Kaynak: milli.az