"Tramp indi Putindən çox mənə inanır"
Dünya 24 Eyl 2025 10:01:00 164 0
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı etibarsız məlumatlar verdiyinə görə Rusiya Prezidenti Vladimir Putinə daha az etimad göstərməyə başlayıb.
Bu haberi de oku: Putindən Qəzzədə atəşkəslə bağlı diqqətçəkən açıqlama
Son.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib.
O bildirib ki, Kreml rəhbəri döyüş meydanındakı vəziyyətlə bağlı həqiqətdən uzaq məlumatları Trampla bölüşüb və guya ərazilər zəbt etməsi ilə öyünüb:
"İndi o, (Tramp) daha çox mənə inanır. Çünki mənim kəşfiyyatımda olan və bizim tərəfdaşlarımızla paylaşdığımız məlumatlar fərqlidir".
Kaynak: milli.az