Putin və Tramp hansı silahları müzakirə edib? Peskov açıqladı
Dünya 23 Eyl 2025 17:26:00 164 0
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçirilən kontaktlar zamanı strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə müqavilə (DSNV) müzakirə edilib.
Bu haberi de oku: İsrail ordusu Qəzzadan çıxmağa başladı – Atəşkəs qüvvəyə mindi
Milli.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualına cavab olaraq bildirib.
"DSNV mövzusu ümumilikdə Putin və Tramp arasında keçirilən görüşlərdə qaldırıldı. Çünki zaman tədricən daralır və biz həqiqətən də o vəziyyətin astanasındayıq ki, strateji sabitlik və təhlükəsizlik sahəsində ikitərəfli sənədlər olmadan qala bilərik", - deyə Peskov Rusiya və ABŞ prezidentlərinin DSNV-nin uzadılması mövzusunu müzakirə edib-etmədiyi barədə TASS-ın sualına cavab olaraq qeyd edib.(sfera.az)