Metroda sıxlıq yarandı Qatarlar yubanır YENİLƏNİB FOTO
Digərləri 22 Eyl 2025 17:27:00 57 0
17:27
Bu haberi de oku: İcra başçısına ağır itki
Metronun "Xalqlar dostluğu" stansiyasında bir qatarda texniki nasazlıq yaranıb.
Bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb. Qatar operativ şəkildə "Nərimanov" elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb.
Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub.
17:10
Bakı metrosunda qatarların hərəkətində gecikmələr yaşanıb.
Son.az xəbər verir ki, "28 May" stansiyasında ardıcıl olaraq "İçərişəhər"ə gediş qatarları gəlir.
Buna görə də stansiyalarda sərnişin sıxlığı yaranıb.
Sərnişinlərin sözlərinə görə ardıcıl 3 "İçərişəhər" qatarı gəlib.
Qeyd edək ki, bir müddət öncə "Bakı Metropoliteni"ndən bildirilmişdi ki, son 16 ildə ilk dəfə Bakı metrosunda interval azaldılıb, interval 1 dəqiqə 52 saniyəyə qədər endirilib.
Aysel Əkbər Son.az