Bu ölkədən gətirilən quzu əti keyfiyyətsizdirmi? Ekspert


Digərləri 22 Eyl 2025 15:40:00 86 0

Bu ölkədən gətirilən quzu əti keyfiyyətsizdirmi?  Ekspert

"Neçə vaxtdır Monqolustandan Azərbaycana quzu əti gətirilir. Qiyməti ucuzdur, alanlar var, hələ ki, ondan ölüm faktı qeydə alınmayıb".

Son.az xəbər verir ki, bunu qaynarinfo.az-a açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli son günlər Monqolustandan Azərbaycana gətirilən və satışı təşkil olunan quzu ətindən danışarkən deyib. 

Ekspert bildirib ki, Monqolustandan gətirilən quzu əti yerli heyvanların dadını vermir:

"Ondan yaxşı kabab bişirmək olmur. Yoxlamaq üçün aldım, qoxusu, dadı çox fərqlidir. Əgər kimsə keyfiyyətli və sağlam ət almaq istəyirsə, yerli qoyunların ətini alsın. İnsan ət yeyəndə onun dadından ləzzət almalıdır. Ləzzət yoxdursa, onun orqanizmə faydası da yoxdur".