Bakı aeroportunda insanlar təxliyə olunur? RƏSMİ AÇIQLAMA
Digərləri 22 Eyl 2025 17:46:00 74 0
22 sentyabr 2025-ci il tarixində Ankara - Bakı müntəzəm reysini həyata keçirən "Ajet" aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib.
Bu haberi de oku: Xərçəngə qarşı təsirli meyvə: İnnab
Son.az xəbər verir ki, təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanına təhlükəsiz eniş edib.
Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb.
Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir.
Əlavə olaraq bildiririk ki, baş vermiş hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında bomba təhlükəsi ilə bağlı sərnişinlər və personalın evakuasiya olunduğu haqda məlumat yayılıb.
Aysel Əkbər Son.az