Tramp: Rusiya ilə gərginlik artarsa, bunlar olacaq
Digərləri 22 Eyl 2025 19:46:00 65 0
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya ilə münasibətlər gərginləşəcəyi halda, Vaşinqton Polşa və Baltikyanı ölkələrə müdafiə dəstəyi göstərəcək.
Bu haberi de oku: Türkiyədə güclü partlayış 4 yaralı var
Son.az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərlə görüşündə bu məsələyə "Bəli, bunu edəcəyəm" cavabını verib.
Qeyd edək ki, 2025-ci il sentyabrın 10-na keçən gecə Rusiya Ukraynanın qərbinə hava hücumu təşkil edib, nəticədə onlarla pilotsuz uçuş aparatı Polşanın hava məkanını pozub. Drone-lar zərərsizləşdirilsə də, sərhədyanı bölgələrdə qalıqları tapılıb.
Polşanın Baş naziri Donald Tusk həmin gecə 19 hava məkanının pozulması halı qeydə alındığını açıqlayıb. Hadisədən sonra NATO Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salaraq üzvlər arasında məsləhətləşmələrə başlayıb.
Bundan əlavə, sentyabrın 19-da Rusiyaya məxsus üç hərbi təyyarə Estoniya hava sərhədini pozaraq 12 dəqiqə ölkə ərazisində qalıb. Onların Baltik dənizindəki Polşa neft platforması "Petrobaltic" üzərindən keçdiyi bildirilir.
Asya Son.az