İctimai nəqliyyatda aylıq və illik paketlər olacaq
Digərləri 22 Eyl 2025 15:00:00 79 0
"Nağdsız sistemin genişlənməsi "Tarif menyusu"na keçidi sürətləndirəcək".
Bu haberi de oku: Universitetdə 600, kollecdə 150 bal Eyni ixtisasların fərqi nədir?
Son.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib:
"Yəni, bir xətt üzrə müəyyən zaman kəsiyində bir neçə marşrutdan istifadə, aylıq və illik paketlərin tətbiqi buna aid ola bilər. Xarici təcrübədə bu geniş yayılıb. Amma hazırda burada tətbiq edilməsi üçün bütün sistemin nağdsız ödənişlərə keçidi zəruridir. Bu sistem tamamilə elektron olmalıdır ki, hər hansı bir vətəndaş aylıq və ya aylıq paket alırsa, sistem onu tanıya bilsin. Əks halda bir nəqliyyat vasitəsi bileti tanıyacağı halda digəri elektron sistemə keçmədiyi üçün tanımayacaq".
O əlavə edib ki, bu sahədə yeni fərmanın tətbiqi ilə elektron, yəni nağdsız sistemə keçid ciddi şəkildə sürətlənəcək. Bunun üzərində də hazırda iş gedir: