Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ!
Digərləri 22 Eyl 2025 15:13:00 74 0
Sentyabrın 23-də Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün imtahan keçirəcək.
Bu haberi de oku: 2600 manat müavinət kimlərə ödəniləcək? QAYDALAR AÇIQLANDI
DİM-dən Son.az-a bildirilib ki, imtahan vermək üçün 1561 nəfər qeydiyyatdan keçib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50), həmçinin Gəncə regional bölməsində (Gəncə şəhəri, H.Əliyev meydanı) iki növbədə keçiriləcək. İmtahan 1 saat davam edəcək. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək. Dördpendirli pizza
Namizədlər imtahana buraxılış vərəqəsini "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.