Bu universitetdə dərslər hələ indi başlayır


Digərləri 22 Eyl 2025 15:15:00 47 0

Bu universitetdə dərslər hələ indi başlayır

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin MBA (Master of Business Administration) üzrə dərs alan tələbələri yeni dərs ilinə bu gündən başlayacaqlar. 

Dərslərin gecikməsi ilə bağlı Modern.az-a məlumat verilib. 

Bu barədə universitetin mətbuat katibliyi ilə əlaqə saxlasaq da, dərslərin sentyabrın 15-dən başlandığını bildirilib:

"Sentyabrın 15-dən dərslər başlayıb. Hansısa tələbələrin çaşqınlığı, sualı varsa dekanlığa müraciət edə bilər".