Tarixdə ilk dəfə Rusiyanın bu təyyarəsi vuruldu


Digərləri 22 Eyl 2025 11:10:00 41 0

Tarixdə ilk dəfə  Rusiyanın bu təyyarəsi vuruldu

Ukrayna Baş Kəşfiyyat İdarəsi (GUR) tarixdə ilk dəfə olaraq Rusiyanın iki Be-12 "Çayka" amfibiya təyyarəsini vurub.

Son.az xəbər verir ki, əməliyyat sentyabrın 21-də Krımda Ukraynanın "Kabuslar" bölməsinin xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.

Həmçinin, Rusiyaya məxsus Mi-8 çoxməqsədli helikopteri də vurulub.

Qeyd edək ki, Be-12 təyyarələri sualtı qayıqları aşkarlamaq və onlarla mübarizə aparmaq üçün yüksək texnologiyalı avadanlıqlarla təchiz edilmişdi. Onların məhv edilməsi Rusiyanın Qara və Azov dənizlərində nəzarət qabiliyyətinə ciddi zərbə vurur.

Fidan Son.az


Habere ait fotoğraf