Kişilərlə qadınların maaşı eyni olacaq Dumada müzakirə gedir


Digərləri 22 Eyl 2025 10:12:00 71 0

Kişilərlə qadınların maaşı eyni olacaq  Dumada müzakirə gedir

Kişilərlə qadınların maaşı eyni ola bilər.

Son.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasında müzakirə aparılır.

Rusiyada qadınlarla kişilər arasında maaş fərqini aradan qaldırmaq biznesin deyil, dövlətin vəzifəsidir. Bu barədə Dövlət Dumasının Ailə müdafiəsi komitəsinin sədri Nina Ostanina açıqlama verib.

Onun sözlərinə görə, qadınların əməkhaqqı kişilərdən orta hesabla 30 faiz aşağıdır və bu məsələ hələ də öz həllini tapmayıb. Deputat xatırladıb ki, hələ illər öncə Davos forumunda Rusiya qadınların əməkhaqqı hüquqlarını pozduğuna görə "sarı kart"la xəbərdar edilmişdi.

"İki il əvvəl qadınların müdafiəsi ilə bağlı milli strategiya qəbul olundu. Hökumət qarşısına qadın və kişilərin maaşlarını bərabərləşdirmək məqsədi qoydu. Amma bu günə qədər real nəticə yoxdur. Ona görə də qadın məsələsinin həll olunduğunu demək sadəcə, özümüzü aldatmaqdır", - deyə Ostanina bildirib.