Azərbaycanla BƏƏ arasında bir sıra mühüm sənədlər imzalanıb
Digərləri 22 Eyl 2025 11:06:00 65 0
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əməkdaşlığı çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb.
Bu haberi de oku: Gecikmiş kreditə nə qədər və hansı müddətdə cərimə tətbiq edilə bilər?
Trend xəbər verir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov və "Modon"un sədri Cassem Mohammed Bu Ataba Al Zaabi "Şəhər içində şəhər" konsepsiyasının inkişafı üzrə əməkdaşlıq haqqında Sazişi imzalayıblar. Sazişin imzalanmasına Azərbaycan Respublikasının Baş nazirinin müavini Səmir Şərifov və BƏƏ-nin investisiya naziri Mohamed Hassan Alsuwaidi şahidlik ediblər.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli bu əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Daha sonra tərəflər arasında Xəzər dənizi suyun duzsuzlaşdırma zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidməti üzrə Dövlət-özəl tərəfdaşlığı haqqında Saziş imzalanıb. Sənədi Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli imzalayıb.
Bununla yanaşı, emal olunmuş suyun alınması haqqında Saziş imzalanıb. Sazişə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, "Böyük Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilov və "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli imza atıblar.