Bakının mərkəzi yolları açıldı
Digərləri 22 Eyl 2025 09:57:00 59 0
Son 9 ildə ilk dəfə olaraq, Formula 1 həftəsindən sonra cəmi 12 saat ərzində yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırıldı.
Bu haberi de oku: Tarixdə ilk dəfə Rusiyanın bu təyyarəsi vuruldu
Son.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir.
Bildirilir ki, Formula 1 Azərbaycan Qran-Prisi 2025 başa çatdıqdan sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki tribunalarda tam söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb:
"Söküntü işlərinin ilk gecəsində, saat 06:00-dan etibarən, Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissə istisna olmaqla, hərəkət tam bərpa edilib".