"iPhone17" modellərində kamera problemi ortaya çıxdı


Digərləri 20 Eyl 2025 12:29:00 52 0

"iPhone17" modellərində kamera problemi ortaya çıxdı

Yeni təqdim olunan "iPhone Air" ve "iPhone 17 Pro" modellərində kamera problemi ortaya çıxıb. 

Son.az xəbər verir ki, "iPhone"un yeni modeli ilə çəkilən bəzi fotolarda vizual görüntüdə problemlər olduğu məlum olub.

"İphone 17" Bakıda satışa çıxarıldı - QİYMƏTLƏR

Yeni "iPhone Air" ve "iPhone 17 Pro" modellərini sınaqdan keçirən istifadəçilər çəkdikləri şəkillərdə gözlənilməz problemlə qarşılaşıblar. Əsasən, müəyyən məkanlarda çəkilən fotolarda qara və ağ rəngli, dalğalı xətlər olduğu görülüb. 

Problemi ilk aşkar edənlərdən biri, yazıçı Henry Casey olub. Casey konsertlərin birində "iPhone Air" ilə çəkdiyi şəkillərdə bəzi qüsurlar olduğunu görüb. "Apple" isə bu barədə açıqlama verərək, problemdən xəbərdar olduqlarını bildiriblər.