Türkiyədə hazırlanan bu yemək Ginnesin Rekordlar Kitabına düşdü FOTO


Digərləri 20 Eyl 2025 11:46:00 67 0

Türkiyədə hazırlanan bu yemək Ginnesin Rekordlar Kitabına düşdü  FOTO

Türkiyənin Afyonqarahisar şəhərində 100 aşpaz 25 kvadratmetrlik nəhəng tavada 2 ton sucuqlu yumurta bişirərək Ginnesin Rekordlar Kitabına düşüb.

Bu haberi de oku: "Telegram"dan YENİLİK

Son.az xəbər verir ki, rekord üçün hazırlanan yeməkdə Afyonun coğrafi işarə ilə qorunan ləzzəti olan 1 ton sucuq və 15 min yumurta istifadə olunub. Yeməyin bişirilməsi prosesi təxminən 1 saat 15 dəqiqə çəkib. Bu nəhəng ləzzətin hazırlanmasında ümumilikdə 100 aşpaz iştirak edib.

Ginnes Dünya Rekordlarının Türkiyə hakimi ölçmələrdən sonra rekordun rəsmi olaraq qeydə alındığını açıqlayıb. Proses memar və qida mühəndisinin nəzarəti altında aparılıb.

Festivalın finalında isə ərazini dolduran ziyarətçilərə nəhəng sucuq yumurtası ikram olunaraq unudulmaz ləzzət ziyafəti yaşadılıb.