Azərbaycanlı general Serbiyadakı paradda
Digərləri 20 Eyl 2025 17:55:00 83 0
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə həmin ölkəyə səfəri başlayıb.
Bu haberi de oku: Naxçıvanda avtobus dərəyə aşdı 15dən çox yaralı var
Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Son.az-a verilən məlumata görə, əvvəlcə Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.
Səfər çərçivəsində general-polkovnik K.Vəliyev serbiyalı həmkarı ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıb və Belqrad şəhərində keçirilən hərbi paradda iştirak edib.
Kaynak: milli.az