İnfarkta qarşı təbii qalxan: Xolesterolu tənzimləyir, ürəkdamar xəstəliklərini 30% azaldır


Digərləri 21 Eyl 2025 00:25:00 90 0

İnfarkta qarşı təbii qalxan: Xolesterolu tənzimləyir, ürəkdamar xəstəliklərini 30% azaldır

Yaşıl və qara növləri ilə süfrələrdə tez-tez yer alan zeytun, ürək sağlamlığını qoruyan, immuniteti gücləndirən və qocalmanı ləngidən xüsusiyyətləri ilə diqqət çəkir. Mütəxəssislər, müntəzəm şəkildə istehlak edilməsinin sağlam həyat üçün vacib olduğunu bildirir.

Qidalanma üzrə mütəxəssislər bildirir ki, zeytunun tərkibindəki maddələr orqanizmi sərbəst radikallardan qoruyur və infeksiyalara qarşı müqaviməti artırır. Xüsusilə mövsüm dəyişikliklərində gündə 5-10 ədəd zeytun yemək immunitetin möhkəmlənməsinə kömək edir.

Elmi araşdırmalar göstərir ki, zeytunda olan təkli doymamış yağ turşuları pis xolesterolu azaldır, yaxşı xolesterolu isə yüksəldir. 2018-ci ildə American Journal of Clinical Nutrition dərgisində dərc olunan geniş araşdırma, müntəzəm zeytun yeyənlərin ürək-damar xəstəliklərinə tutulma riskinin 30% daha aşağı olduğunu sübut edib. Həmçinin qan təzyiqini tarazlayaraq infarkt riskini azaldır.

Zeytunun yetişmə prosesində qazandığı təbii antioksidantlar sayəsində dərinin qocalması gecikir, hüceyrə zədələnməsinin qarşısı alınır və beyin sağlamlığı dəstəklənir. 2021-ci ildə Nutrients dərgisində yayımlanan bir araşdırma, bu xüsusiyyətlərin xroniki xəstəliklərə qarşı qoruyucu təsir göstərdiyini ortaya qoyub.