“Qızıl damladan ağac” Sahibinə sərvət qazandırır


Digərləri 20 Eyl 2025 21:42:00 65 0

“Qızıl damladan ağac”  Sahibinə sərvət qazandırır

İzmirin Çeşmə yarımadasında yetişən və "qızıl damlayan ağac" adlandırılan saqqız ağacının sayı son illərdə sürətlə artıb. Dünyada yalnız Ege dənizindəki Saqqız  adasında və Çeşmə bölgəsində yetişən bu ağacdan əldə olunan damla saqqızı tibbdə, qida sənayesində və kosmetikada istifadə olunur.

15 ilə 100 qat artım

2010-cu ildə Türkiyədə cəmi 1000 saqqız ağacı qalmışdı. Lakin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, yerli idarələr və fermerlərin səyləri nəticəsində bu say bu gün 100 minə çatıb. Toxumdan yetişmədiyi üçün xüsusi fidanlar hazırlanaraq həm yanmış meşə sahələrinə, həm də torpaq sahiblərinə paylanıb.

Çətin, amma gəlirli məhsul

Damla saqqızı ağacın gövdəsinə cızıqlar atılaraq toplanır. Yayda başlanılan bu prosesdə damlalar torpağa səpilmiş əhəngin üzərində bərkiyir və sonra təmizlənir. Hasat prosesi sentyabra qədər davam edir. Bir kiloqram sakız almaq üçün təxminən 3 yetkin ağac lazımdır.


Habere ait video