Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olunub
Digərləri 20 Eyl 2025 16:41:00 49 0
Ağdamda avtoxuliqanlıq edərək video görüntülərini sosial şəbəkədə yayan şəxs həbs olunub.
Bu haberi de oku: 11ci mərtəbədən yıxılan Cəsur öldü
Son.az xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan Vahid Abdullayev müəyyən edilərək saxlanılıb.
Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. V.Abdullayev barəsində toplanmış material məhkəməyə göndərilib. O, məhkəmənin qərarına əsasən 20 gün müddətin inzibati qaydada həbs olunub.
Kaynak: milli.az