Bankların kredit gecikməsində yaxınlarınıza zəng etməsi qanunidir? Vəkil AÇIQLADI


Digərləri 20 Eyl 2025 13:29:00 72 0

Bankların kredit gecikməsində yaxınlarınıza zəng etməsi qanunidir?  Vəkil AÇIQLADI

Azərbaycanda fəaliyyət göstərən bəzi banklar və BOKT-lar kredit ödənişləri gecikən zaman müxtəlif üsullara əl atırlar.

Son.az xəbər verir ki, gecikmə müddətinə görə onlar borc haqqında məlumatları 3-cü tərəfə ötürürlər. Yəni, vətəndaşın xəbəri olmadan onun yaxınlarına zəng edirlər, borc haqqında ətrafını məlumatlandırırlar. 

Bəs bu hallar qanun çərçivəsində nə dərəcədə düzgündür ? 

Məsələ ilə bağlı Son.az-a vəkil Bəhruz Orucov açıqlama verib:

"Mülki Məcəlləyə 967-ci maddəsinə görə, bank müştəri məlumatlarının açıqlanmamasına qarantiya verir. Yəni bank kredit götürən və ya ya bankda hesab açan şəxslərlə bağlı məlumatları heç kimlə bölüşməməlidir. Lakin istisna var, bank müştəri ilə müqavilə bağlayarkən müqavilədə göstərə bilər ki, borculunun əvvəlcədən təqdim etdiyi şəxslərə kredit gecikməsi olsa zəng edə və ya borculunun krediti ödəmə qabiliyyətini müəyyənləşdirmək üçün onun yaxınlarına zəng edib məlumat ala bilər. Müqavilə tərəflərin razılığıdır, əgər borclu müqavilədə bununla bağlı öz razılığını bildirirsə, bank buna görə məsuliyyət daşıya bilməz".


Habere ait video