Həbs olunduğu deyilən Adnan Əhmədzadə kimdir?


Digərləri 20 Eyl 2025 11:50:00 82 0

Həbs olunduğu deyilən Adnan Əhmədzadə kimdir?

Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadənin Azərbaycanda həbs olunması ilə bağlı xəbərlər yayılıb

Milli.az Musavat.com-a istinadla uzun illər dövlət neft sektorunda və biznes sahəsində fəaliyyət göstərmiş Adnan Əhmədzadənin həyat və karyerası haqda məlumatı təqdim edir:

Adnan Əhmədzadə kimdir?

Adnan Azər oğlu Əhmədzadə 24 yanvar 1978-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildən "ABDA Invest Holding"in təsisçisi və İdarə Heyətinin sədridir. Holdinq inşaat, logistika və daşınma həlləri, kənd təsərrüfatı, supermarket şəbəkələri və kino sahələrində fəaliyyət göstərən şirkətləri birləşdirir.

Təhsili

Adnan Əhmədzadə 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, 2000-ci ildə isə Qərb Universitetinin magistr pilləsini bitirib.

Karyerası

O, 1998-2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr (sonradan Marketinq və İqtisadi Əməliyyatlar) İdarəsində çalışıb. 2005-2006-cı illərdə "Azertrans" MMC-nin baş direktoru olub.

2006-2019-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif rəhbər vəzifələrdə işləyib:

- Nəqliyyat və Ekspedisiya şöbəsinin müdir müavini (2006-2007)

- Ticarət əməliyyatlarında kommersiya riskləri şöbəsinin müdiri (2007-2008)