Direktorlara şad xəbər
Digərləri 18 Eyl 2025 18:56:00 82 0
Şagird sayı 500-ə qədər olan müəssisələrdə fəaliyyət göstərən direktorların MİQ, sertifikasiya və ya diaqnostik qiymətləndirilməsi 70 faiz və daha yüksəkdirsə, fəaliyyətlərini davam etdirə biləcəklər.
Bu haberi de oku: Vaşinqtonda Trampın 4 metrlik qızıl heykəli ucaldıldı
Son.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin imtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli deyib.
"Şagird sayı 500-dən çox olan məktəblərdə isə direktorların göstəricisi 85 faizdən yuxarıdırsa, elə həmin məktəbdə direktor olaraq qalacaqlar. Onların hazırda idarəetmə prosesində çalışdığı nəzərə alınaraq yenidən qiymətləndirilməsi mütləq tələb olaraq göstərilməyəcək", - o, bildirib. (APA)
Kaynak: milli.az