Bakının bəzi ərazilərində yeni yollar çəkiləcək
Digərləri 19 Eyl 2025 00:12:00 65 0
Son illərdə paytaxtın əksər yollarında nəqliyyat sıxlığı müşahidə olunur. Hətta elə yollar var ki, orada tıxac bəzən saatlarla davam edir. Buna nümunə olaraq Bakı - Sumqayıt və Biləcəri- "Baksol" yollarını göstərmək olar.
Bu haberi de oku: "Keyfiyyətsiz kosmetika məhsulları xərçəng yaradır" Açıqlama
Son.az Xəzər TV-yə istinadən bildirir ki, bu kimi tıxacların qarşısını almaq məqsədilə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında yol-nəqliyyat infrastrukturuna aid mühüm dəyişikliklər nəzərdə tutulub.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, layihə icra olunduqdan sonra həm paytaxt istiqamətinə daxilolma sürətlənəcək, həm də Xırdalan və "20 Yanvar" dairələrindəki yüklənmə əhəmiyyətli dərəcədə azalacaq.
Hava limanı yolu istiqmətində görüləcək işlər çərçivəsində isə Ziya Bünyadov prospektində yaranan sıxlığın da qarşısı xeyli alınacaq.