Üç ayda suda boğulanların sayı açıqlandı


Digərləri 18 Eyl 2025 23:00:00 70 0

Üç ayda suda boğulanların sayı açıqlandı

Hər il yay mövsümü başlayanda tətil, dincəlmək və istirahət üçün dəniz, çay və göllərə üz tutan insanlar çoxalır. Təəssüf ki, bu istirahət anları tez-tez faciələrlə nəticələnir. Bu ilin yalnız 3 ayında - iyun, iyul və avqust aylarında ölkədə 79 nəfərin suda boğulması ilə bağlı müraciət daxil olub.

Son.az Musavat.com-a istinadən xəbər verir ki, boğulanladan 11 nəfəri qadın, 68 nəfər isə kişi olub. Hadisələrin coğrafiyası da genişdir.

Bakı ilə yanaşı, Sumqayıt, Şirvan, Astara, Tovuz, Saatlı, Lənkəran, Qəbələ, Zaqatala, İmişli və Ağdaş rayonlarından da bu barədə məlumatlar qeydə alınıb.

Təcili yardım briqadalarının müdaxiləsi nəticəsində 23 nəfər xilas edilərək xəstəxanaya təxliyə olunub, 30 nəfərə isə yerində ilkin yardım göstərilib. Təəssüf ki, 26 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycanlıların suda batmasının əsas səbəbləri sırasında bir neçə ümumi səbəb aydın görünür: "Qeyri-qanuni İnsanlar tez-tez xilasedicilərin olmadığı, təhlükəsizlik qaydalarının təmin edilmədiyi ərazilərdə üzməyə üstünlük verirlər. Spirtli içkilərin təsiri altında dənizə girmə və qan dövranının sürətlənməsi, diqqət itkisi boğulma riskini kəskin artırır.