Vaşinqtonda Trampın 4 metrlik qızıl heykəli ucaldıldı
Digərləri 19 Eyl 2025 00:05:00 57 0
ABŞ paytaxtında, Konqres binasının qarşısında prezident Donald Trampın əlində Bitcoin tutmuş 12 fut (təxminən 3,6 metr) hündürlüyündə qızıl heykəli ucaldılıb. Bu hadisə həm böyük maraq, həm də mübahisə doğurub.
Bu haberi de oku: "Formada qalmaq istəyirsinizsə beyninizi aldadın" Dietoloqdan açıqlama
Son.az xarici mətbuata istinadən xəbər verir ki, heykəl kriptovalyuta investorlarının dəstəyi ilə hazırlanıb.
Təşkilatçılar bildiriblər ki, əsərin məqsədi rəqəmsal valyutanın gələcəyi, pul siyasəti və hökumətin maliyyə bazarındakı rolu ətrafında müzakirələr yaratmaqdır. Heykəl həmçinin Trampın kriptovalyutalara açıq dəstəyinə həsr olunub və gün ərzində çox sayda izləyici cəlb edəcəyi gözlənilir.
Heykəlin açılışı ilə eyni vaxtda ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 bənd azaldaraq 4,3 faizdən 4,1 faizə endirdiyini açıqlayıb. Bu, 2024-cü ilin dekabrından bəri ilk faiz azaldılmasıdır.