Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq
Digərləri 27 Ağu 2025 16:52:00 85 0
Bu il ali təhsil müəssisələrinə 57 min 236 nəfər qəbul olunub. Tələbə adını qazanan 60 minə yaxın şəxs Azərbaycanın müxtəlif universitetlərində təhsillərini davam etdirəcəklər. Yeni tədris ilinin başlamasına 1 aydan az vaxt qalsa da, görünən odur ki, bir sıra universitetlər tələbələri rektorsuz qarşılayacaq.
Bu haberi de oku: Bu çimərliyə kanalizasiya suları axıdılırmış
Son.az modern.az-a istinadən xəbər verir ki, Azərbaycanda hazırda bir sıra ali təhsil müəssəsinin rektoru yoxdur.
Sumqayıt Dövlət Universitetinin sonuncu rektoru Rüfət Əzizov bu ilin fevral ayınadək bu vəzifəni icra edib. Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə o, ADNSU-ya rektor təyin olunub. 12 fevral 2025-ci ildə isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinə rektor əvəzi təyinat alıb. O, rektorun səlahiyyətlərini icra edir.
Azərbaycan Dövlət Dəniz Akademiyası da yeni tələbələrini rektorsuz qarşılayacaq. Ali təhsil müəssisəsinin sonuncu rektoru Heydər Əsədov olub. O, ötən ilin sentyabr ayında deputat seçilib və rektor vəzifəsindən azad edilib.