Bu mağaza BAĞLANDI


Digərləri 27 Ağu 2025 14:20:00 77 0

Bu mağaza BAĞLANDI

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39A ünvanında yerləşən Qəribov Babək Allahverən oğluna məxsus işlənmiş soyuducuların təmiri və satışı mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşib.

Son.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aşağıdakı nöqsanlar müəyyən edilib:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməyib;

- obyektin tavan hissələri yanar materialla üzlənib;

- obyektin daxilində yanar materialdan istifadə edilərək otaqlar quraşdırılıb;


Habere ait fotoğraflar