Rusiyada şəhər meri saxlanıldı
Digərləri 27 Ağu 2025 15:20:00 52 0
Rusiyanın Vladimir şəhərinin meri Dmitri Naumov saxlanılıb.
Son.az xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, şəhər rəhbəri avqustun 27-də səhər saatlarında iş yerində dələduzluqda şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən tutulub.
Naumovun saxlanmasını daha əvvəl ifşa olunmuş və "qəbiristanlıq mafiyası" adı ilə tanınan mütəşəkkil cinayətkar qruplaşma işi ilə əlaqələndirilir.
Kaynak: milli.az