Məhərrəmlə Siracın medalları ailələrinə təqdim edildi


Digərləri 27 Ağu 2025 19:20:00 72 0

Məhərrəmlə Siracın medalları ailələrinə təqdim edildi

Azərbaycan müdafiə nazirinin müvafiq əmrinə əsasən, şəhidlərimiz - jurnalist Məhərrəm İbrahimov və operator Sirac Abışovun "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı (ölümündən sonra) avqustun 27-də Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində onların ailə üzvlərinə təqdim edilib. 

Son.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir qrup media mənsublarının da iştirak etdiyi tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində şəhidlərimizin göstərdikləri qəhrəmanlıq və şücaətlərdən söz açıb, onların əziz xatirəsinin daim ehtiramla yad olunduğunu vurğulayıb. 

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə həmin bölgələrə ezam olunmuş, 2021-ci ilin iyununda xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşərək şəhid olan jurnalist M.İbrahimov və operator S.Abışov xalqımızın yaddaşında daim fədakarlıq nümunəsi kimi qalacaq.