Kəlbəcərdə partlayış, xəsarət alanlar var


Digərləri 26 Ağu 2025 22:56:00 91 0

Kəlbəcərdə partlayış, xəsarət alanlar var

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimov yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar Kəlbəcərdə yeni inşa olunmuş binalardan birində qaz xəttinin çəkilişində çalışanlardır. Son.az