Türkiyədə atışma Ölənlər və yaralananlar var


Digərləri 26 Ağu 2025 12:46:00 89 0

Türkiyədə atışma  Ölənlər və yaralananlar var

Diyarbəkirin Yenişehir rayonunda iki qrup arasında atışma baş verib.

Son.az xəbər verir ki, baş verən atışmada 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə gecə saatlarında Feritköşk məhəlləsində, Fiskaya küçəsində baş verib. İddialara görə, əvvəllər mübahisə edən iki qrup küçədə bir-biri ilə qarşılaşıb. Hər iki tərəf maşınlarından düşərək tapançadan bir-birinə atəş açıb. Qarşıdurma ərazidə geniş panikaya səbəb olub.

Xəbərdən sonra hadisə yerinə çoxlu sayda polis və tibbi briqadalar göndərilib. Yeddi nəfər yaralanaraq xəstəxanaya çatdırılıb. Yaralılardan Şeyhmus Uğurkan və Mustafa Akşiti bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb.