Kürdəmirdə ağır qəza ölən və xəsarət alan var
Digərləri 26 Ağu 2025 20:49:00 92 0
Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var.
Bu haberi de oku: “iPhone 17” bu tarixdə təqdim ediləcək
Son.az report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən "Chevrolet" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, 1986-cı il təvəllüdlü Alıyev Vahid Firuz oğlu ölüb.
Yaralı şəxs isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. Son.az