Su idarəetməsində inqilabi addım: Hidroloji məlumat bazası formalaşdırılır


Digərləri 22 Ağu 2025 13:38:00 99 0

Su idarəetməsində inqilabi addım: Hidroloji məlumat bazası formalaşdırılır

Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks hidroloji və hidrogeoloji tədqiqat işlərinə başlanılıb.

Son.az xəbər verir ki, hidroloji məlumat bazasının yaradılması üzrə ilkin müəyyənləşdirmə işləri aparılıb. Bazada çaylar, göllər və su anbarları üzrə məlumatların daxil edilməsi və saxlanılması nəzərdə tutulub. Hidroloji məlumatlar Milli Hidrometeorologiya Xidmətinin istifadəsində olan və hazırda İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə təhvil-təslim prosesində olan məlumat bazasında toplanılıb. 

Hidroloji illik məlumatların elektron formatları həmin bazadan ixrac olunaraq təhlil üçün hazırlanma prosesindədir. Məlumat bazası portal üzərindən formalaşdırılıb. Növbəti mərhələlərdə bu platforma ADSEA-nın mövcud və qurulması nəzərdə tutulan CİS əsaslı proqram təminatlarına inteqrasiya ediləcək. Kompleks hidroloji tədqiqatların aparılmasının təmin edilməsi üçün hidroloji rejim-müşahidə şəbəkəsi üzrə əvvəlki materialların təhlili əsasında təkliflər hazırlanıb.

Yeraltı, yerüstü su obyektlərinin ehtiyatlarının, kəhrizlərin yenidən qiymətləndirilməsi istiqamətində Dövlət Geoloji İnformasiya Fondundan əldə olunmuş fond materialları əsasında təhlillər aparılaraq layihə-smeta sənədləri tərtib edilib.