Birinci yarımildə Türkmənistandan Azərbaycana gələn turistlərin sayı artıb
Digərləri 22 Ağu 2025 12:01:00 106 0
Cari ilin yanvar-iyun aylarında Türkmənistandan Azərbaycana səfər edənlərin sayı 15 579 nəfər olub.
Bu haberi de oku: Putinlə görüşdüyünə görə ÜZR İSTƏDİ
Trend bu barədə Dövlət Turizm Agentliyindən məlumat əldə edib.
Məlumata görə, səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 183 nəfər və ya 1,2% artıb. Belə ki, 2024-cü ilin ilk altı ayı ərzində bu ölkədən Azərbaycana gələnlərin sayı 15 396 nəfər idi.
Ümumilikdə isə 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1,2 milyon və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Kaynak: milli.az