Soyuducunun qapısında hansı məhsullar saxlana bilər? Mütəxəssislər izah edir


Digərləri 21 Ağu 2025 04:04:00 71 0

Soyuducunun qapısında hansı məhsullar saxlana bilər?  Mütəxəssislər izah edir

Soyuducunun qapısı cihazın ən isti hissəsi hesab olunsa da, bəzi məhsullar burada təhlükəsiz şəkildə saxlanıla bilər.

Son.az xəbər verir ki, Rusiya istehlakçı hüquqlarının müdafiəsi qurumu Rospotrebnadzor bu barədə tövsiyələrini açıqlayıb.

Məlumata görə, qapı bölməsində aşağıdakı məhsulların saxlanması məqbuldur:

Bal, mürəbbə, marmelad - təbii qoruyucu xüsusiyyətlərinə görə;

Souslar, qablaşdırılmış şirələr, qazlı içkilər və bitki əsaslı südlər - qablaşdırmaları açılmadığı təqdirdə;

İçməli qatıq - tam qablaşdırmada olduğu müddətcə.