Mahmud Quluzadə vəfat etdi
Digərləri 21 Ağu 2025 09:02:00 77 0
Azərbaycan Kooperasiya Universitetinin sabiq rektoru, iqtisad elmləri namizədi Mahmud Quluzadə vəfat edib.
Bu haberi de oku: 6 vəkilə xəbərdarlıq edildi, 1 vəkilə isə töhmət
Son.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.
Bildirilib ki, M.Quluzadə uzun sürən xəstəlikdən sonra avqustun 18-də 86 yaşında Bakıda dünyasını dəyişib.
Xatırladaq ki, M.Quluzadə 1938-ci ilin dekabrın 22-də Tovuz rayonunun Pələngli kəndində dünyaya gəlib.
1956-1959-cu illərdə Bakı Statistika Texnikumunda təhsil alıb. 1962-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olub. 1969-cu ildə institutunu əla qiymətlərlə qurtarıb, "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması" kafedrasında müəllim işləyib.
Bir müddət Tovuz rayonunda statistika idarəsində müdir müavini vəzifəsində çalışıb.
1966-cı ildən 1974-cü ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetində komsomol katibi işləyib.1974-cü ildə alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edib. 2002-ci ildə Moskva Dövlət Kooperasiya Universitetinin Bakıdakı filialının direktoru vəzifəsinədə çalışıb. Həmin filial Azərbaycan Kooperasiya Universiteti adlandırılaraq yenidən təşkil edildikdən sonra uzun illər həmin universitetin rektoru olub.
1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə dəvət alıb və dünyasını dəyişənə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin "Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi" kafedrasında dosent vəzifəsində işləyib. O, 2017-ci ilin mayında UNEC-in Fəxri professoru adına layiq görülüb.