İmmuniteti payıza necə hazırlamaq olar?


Digərləri 21 Ağu 2025 05:05:00 69 0

İmmuniteti payıza necə hazırlamaq olar?

Çoxları hesab edir ki, yayda bol-bol meyvə və tərəvəz yeməklə bütün il üçün kifayət qədər vitamin ehtiyatı yığmaq mümkündür.

Son.az xəbər verir ki, lakin praktikant Marina Meleşina Life.ru-ya verdiyi müsahibədə bu fikrin tam doğru olmadığını bildirib.

Mütəxəssis izah edib ki, yalnız bəzi vitaminlər orqanizmdə müəyyən müddət saxlanıla bilir, digərləri isə davamlı olaraq yenilənməlidir. Məsələn, A vitamini (beta-karoten) orqanizmdə 3-5 ay qalır və onun səviyyəsini yüksəltmək üçün qırmızı və narıncı tərəvəzlərin istehlakı məsləhət görülür. B9 vitamini (folatlar) isə təxminən iki ay ərzində orqanizmdə saxlanılır, buna görə də yaşıl yarpaqlı tərəvəzlər və salatlar bu vitamini bərpa etmək üçün faydalıdır.

C vitamini isə orqanizmdə yığılmır, artıq hissəsi dərhal xaric edilir. Eyni qayda suda həll olunan B vitaminlərinə də aiddir. Onların səviyyəsi daim tənzimlənməli və əlavələrlə təmin edilməlidir. Yağda həll olunan vitaminlər (A, D, E, K) isə müəyyən müddət bədəndə qala bilir.