Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi
Digərləri 20 Ağu 2025 11:25:00 95 0
London - Düşənbə marşrutu üzrə uçuş həyata keçirən "NOMAD AVIATION AG" aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün sorğu ünvanlayıb.
Bu haberi de oku: Ermənistan Göyçə gölünü və digər obyektləri icarəyə verməyə hazırlaşır
AZAL-dan Son.az-a bildirilib ki, təyyarə yerli vaxtla saat 02:21-də uğurla Bakı aeroportuna eniş edib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək operativlik nümayiş etdirərək və beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək texniki və fövqəladə hallarda sərnişinlərə və hava gəmilərinə etibarlı dəstək təmin edir.
Kaynak: milli.az