Ali Məhkəmə hüquqşünaslara müraciət etdi
Digərləri 20 Ağu 2025 12:04:00 90 0
Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının növbəti iclasının cari ilin 18 sentyabr tarixində keçirilməsi planlaşdırılır.
Bu haberi de oku: Azərbaycanda yeniyetmə bacısının qayınatasını bıçaqladı
Son.az e-huquq.az-a istinadən xəbər verir ki, iclasda "Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi" mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub.
Müzakirənin məqsədi:
Podrat müqavilələri ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı aidiyyəti hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi.
Mövzu üzrə müzakirəyə təqdim edilən suallar:
1. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə əhatə olunan podrat işləri üzrə şifahi formada və ya həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən yazılı formada bağlanan müqavilələr etibarlı əqd kimi qiymətləndirilə bilərmi?
2. Sifarişçi müqavilədə nəzərdə tutulmayan və onun tərəfindən yerinə yetirilməsi tələb edilməyən əlavə işlərin dəyərini ödəməkdən imtina edir, bununla belə Mülki Məcəllənin 753.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etmirsə, həmin işlərin dəyəri ödənilməlidirmi?