Ayda 12 dəfədən artıq yemək olmaz! Həkim xəbərdarlıq etdi
Digərləri 19 Ağu 2025 09:41:00 71 0
Dondurmanın qaraciyərə zərərli təsiri barədə xəbərdarlıq edilib.
Bu haberi de oku: Sürücülük vəsiqəsini dəyişmək üçün hansı sənədlər lazımdır?
Son.az xəbər verir ki, qazeta.ru-ya açıqlama verən "Sağlam qidalanma" Elmi Mərkəzinin icraçı direktoru, həkim-dietoloq, hepatoloq Nuriya Dianova bildirib ki, qaraciyər yağ və karbohidrat mübadiləsinə cavabdehdir və onların artıq miqdarı orqanın yüklənməsinə səbəb olur.
Onun sözlərinə görə, dondurmadan imtina etmək daha yaxşıdır, amma alternativ variant mövcuddur. Belə ki, süd yağı əvəzediciləri ilə hazırlanan dondurma xolesterinin və zərərli yağ turşularının miqdarını azaldır, faydalı yağ turşularını isə artırır. Bu cür məhsullarda sağlamlığa ziyanlı transizomerlər olmur.