Pezeşkian İrəvanda Göy məsciddə namaz qıldı


Digərləri 19 Ağu 2025 00:33:00 66 0

Pezeşkian İrəvanda Göy məsciddə namaz qıldı

İran Prezidenti Məsud Pezeşkian İrəvanda Göy Məscidi (Hüseynəli xan məscidi) ziyarət edib.

Son.az axar.az-a istinadən bildirir ki, Pezeşkian Göy Məsciddə camaatla birlikdə namaz qılıb.

Qeyd edək ki, İrəvandakı Göy Məscid 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Məscid Azərbaycanın qədim memarlıq nümunələrindən biridir. Məscid XX yüzildə ermənilər tərəfindən iki dəfə yandırılıb. 1995-2006-cı ildə isə məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub. Son.az