Qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqlar haqqında qərar verildi


Digərləri 18 Ağu 2025 20:01:00 92 0

Qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqlar haqqında qərar verildi

Azərbaycan Respublikasının vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladının qəyyumluğunun valideynlərdən alınması ilə bağlı Almaniya məhkəməsinin qərarına uyğun olaraq, Fransa tərəfi, ərazisində müvəqqəti saxladığı azyaşlı uşaqlar Abdullayev Dəniz Məhəmməd oğlu və Abdullayev Araz Məhəmməd oğlunun Almaniya tərəfinə geri qaytarılmasına razılıq verib.

Bu barədə Azərbaycanın Fransadakı Səfirliyindən bildirilib.

Haqqında bəhs edilən uşaqlar, 18 avqust 2025-ci il tarixində Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarılıb.

Almaniyada dünyaya gələn iki azyaşlının valideynlərinə qaytarılması üçün bundan sonrakı mərhələdə Almaniya hüquq müstəvisində müvafiq tədbirlər görüləcəkdir.