TrampPutin görüşünün nəticələri nə oldu?
Dünya 16 Ağu 2025 09:50:00 195 0
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüş konkret razılaşma ilə nəticələnməyib.
Bu haberi de oku: Hansı meyvə və tərəvəzlər diş fırçanı əvəz edə bilər?
Son.az bildirir ki, tərəflər danışıqları "məhsuldar" və "konstruktiv" adlandırsalar da, Ukrayna müharibəsinin dayandırılması istiqamətində irəliləyiş əldə olunmayıb.
Reuters xəbər verir ki, təxminən üç saat davam edən görüş "üçə qarşı üç" formatında baş tutub. Sammit qırmızı xalça qarşılanışı və yüksək səviyyəli mərasimlərlə müşayiət olunsa da, nəticədə tərəflər yalnız gələcək danışıqların davam etdirilməsi barədə razılaşıblar.
"The Washington Post" yazıb ki, görüş səmərəli atmosferdə keçsə də, diplomatik baxımdan real nəticə əldə edilməyib. "Time" isə qeyd edib ki, Putin ABŞ torpağında prezident kimi qəbul olunmaqla simvolik diplomatik qələbə qazanıb və bu, onun beynəlxalq imicini gücləndirib.