Dünyada yeganə olan avtomobil satışa çıxarılacaq


Digərləri 07 Ağu 2025 14:04:00 73 0

Dünyada yeganə olan avtomobil satışa çıxarılacaq

1962-ci il istehsalı olan yeganə ağ rəngli Ferrari 250 GTO - Bianco Speciale - 2026-cı ilin yanvarında Florida ştatında keçiriləcək Mecum Auctions hərracında satışa çıxarılacaq.

Son.az xəbər verir ki, bu, avtomobil kolleksiyaçıları üçün tarixi bir an olacaq.

Dünyada cəmi 36 ədəd istehsal edilən Ferrari 250 GTO modelləri arasında bu, ağ rəngdə buraxılan yeganə nümunədir. Avtomobil bir neçə dəfə əldən-ələ keçib, lakin heç vaxt tam bərpa olunmayıb. Əvəzində, o, kosmetik olaraq təmir olunaraq orijinal vəziyyətdə saxlanılıb və vintage yarışlara da qatılıb.

Avtomobil əvvəllər Microsoft-un keçmiş prezidenti Con Şirliyə məxsus olub və Ferrari-nin "Classiche Qırmızı Kitabı"na daxil edilib. Hal-hazırda, o, həm orijinal mühərriklə, həm də Ferrari tərəfindən xüsusi olaraq hazırlanan əlavə yarış mühərriki ilə satılacaq.

Kolleksiyaçılar arasında "Ağ Balina" kimi tanınan bu avtomobilin qiymətinin rekord həddə çatacağı gözlənilir. Xatırladaq ki, bu seriyanın başqa bir nümunəsi 2018-ci ildə 70 milyon dollara satılmışdı.

Fidan Son.az