Beş mikro və kiçik sahibkarın innovativ layihələri vergidən azad edildi


Digərləri 05 Ağu 2025 11:33:00 101 0

Beş mikro və kiçik sahibkarın innovativ layihələri vergidən azad edildi

"Startap" şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatdı. 

Beş mikro və kiçik sahibkara Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən "Startap" şəhadətnaməsi verilib. Bununla da "Startap" şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb. "Startap" şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 14 müraciətə baxılıb. Şuranın qərarına əsasən "Steamland Factory" MMC-nin süni intellekt sistemləri üçün məlumat (data) infrastrukturu xidməti, "Mənzil Park" MMC-nin yaşayış kompleksləri və binaların idarəedilməsi üçün onlayn platforması, "Nooshcard" MMC-nin işçi heyəti üçün rəqəmsal yemək kartı həlli, "Adscreen" MMC-nin taksi sərnişinləri üçün rəqəmsal reklam platforması və "Onrepetitor" MMC-nin onlayn tədris və hazırlıq platforması layihələrinə "Startap" şəhadətnamələri verilib. 

"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.